İranın xarici işlər naziri Abbas Araqçı ölkəsinin Cənubi Qafqazda koordinasiyalı siyasət yürütməyə davam etdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “RT” telekanalına müsahibəsində danışıb.
“Biz daim bir-birimizlə məsləhətləşirik”, – deyə nazir vurğulayıb.
Araqçı qeyd edib ki, daha əvvəl də region ölkələrinin iştirakı ilə birgə iclaslar keçirilib.
“Yaxın zamanda “3+3” adlı yeni təşəbbüsə start verdik. Bu təşəbbüsə üç region dövləti – Azərbaycan, Gürcüstan və Ermənistan, eləcə də üç qonşu ölkə – İran, Türkiyə və Rusiya daxildir”, – Araqçı bildirib.
Aysel Əliyeva
Globalinfo.az