Azərbaycanda vəzifəli şəxs faciəvi şəkildə öldü

Azərbaycanda vəzifəli şəxs faciəvi şəkildə öldü

Sabirabad rayonunda faciəvi hadisə baş verib.

Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, dünən saat 16 radələrində rayonun Qaragüney kəndinin ərazisində yerləşən “AzOil” yanacaq doldurma məntəqəsinin müdirini elektrik cərəyanı vurub.

Belə ki, Hacıqabul rayon sakini 1991-ci il təvəllüdlü Rusif Barat oğlu Qarayev müdir işlədiyi məntəqədə quyuda olan yağış sularını təmizləmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.