ehmed ismayilov 1290

***12:25

“160-a yaxın media subyekti bizim media reyestrindədir. Bu, davamlı prosesdir. Hazırda müraciətlərə baxılır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

O bildirib ki, bu günə qədər 180 media subyekti media reyestrində qeydiyyatdan keçib:

“Media subyektlərini (audiovizual media subyektləri istisna olmaqla) 3 il müddətinə vergilərdən azad edən qanun layihəsi hazırlanıb. Qanun layihəsinə əsasən, media subyektləri öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, istehsal etdikləri media məhsullarının təqdim edilməsinin əlavə dəyər vergisindən azad edilməsini ehtiva edir. Qanun layihəsi maraqlı orqanlarla tam razılaşdırılıb və hökumətdə baxılmaqdadır.

Hesab edirik ki, “Media haqqında” Qanunun gələcəkdə daha ciddi tətbiqini təmin etmək üçün tərəfimizdən “Reklam haqqında” Qanuna və “İnzibati xətalar haqqında” Qanuna müvafiq dəyişikliklər olunmalıdır.

Medianın İnkişafı Agentliyi öz nizamnaməsinə uyğun olaraq media dəstək layihələrini, müsabiqələri də həyata keçirir.

Media mənsubunun sosial rifahı və ictimai faydalılığının müəyyənləşdirilməsi üçün beynəlxalq təcrübəni öyrənməkdəyik. Daha sonra yeni layihələrlə irəli çıxmaq niyyətindəyik.

Dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da “MediaMetrics” layihəsinin həyata keçirilməsinə başlamışıq. Ümid edirəm ki, bu, media subyektlərimizin etibar edəcəyi platformaya çevriləcək. Eyni zamanda reklam verənlərlə media subyekləri arasında münasibətlərin daha obyektiv qiymətləndirilməsi üçün effektiv vasitə olacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: