mixail qaluzin

“Eyni vaxtda həm Avropa İttifaqı (Aİ), həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmaq mümkün deyil, çünki ikisi də müxtəlif gömrük tarixlərinə malikdir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O, hər ikisinin müxtəlif iqtisadi bloklar olduğunu bildirib:

“Müvafiq olaraq, erməni tərəfdaşlarımız yəqin ki, nə vaxtsa hansı istiqamətə getdiklərini qərar verməli olacaqlar. Əgər Ermənistan Avropanın seçdiyi yolla getsə, obyektiv olaraq İrəvanın Aİİ-dəki tərəfdaşları ilə hazırda mövcud olan iqtisadi münasibətlərə yenidən baxılmasına gətirib çıxaracaq. Təəssüf ki, belə bir vəziyyət Ermənistan əhalisinə də təsir edəcək ağrılı bir prosesə yol açacaq. “Ölkə rəhbərliyi Aİİ-dən çıxmaqla nələri itirə biləcəyini və Avropa İttifaqına daxil olmaqla əslində nə qazana biləcəyini öz əhalisinə izah etməlidir”.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: