alen simonyan

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyaya səfər edəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Ermənistan mətbuatında yer alıb.

Spiker Sankt-Peterburqa MDB Parlamentlərarası Assambleya Şurasının işində və plenar iclaslarında, eləcə də komissiyaların iclaslarında iştirak etmək üçün səfər edəcək.

Simonyanın səfəri aprelin 16-19-na planlaşdırılıb. Onu bu səfərdə parlamentin iki üzvü müşayiət edəcək.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: