3f98ea8c4af2da125360487ee86da82e Untitled 1
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyəti sədrinə iki müşavir təyin olunub. 
Globalinfo.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Məmmədzadə Tural Sədrəddin oğlu və Səmədov Orxan Pənah oğlu Himalay Məmişovun müşaviri təyin ediliblər.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü Tural Məmmədzadə 2023-cü ilin fevral ayından 2025-ci ilin fevral ayınadək Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin köməkçisi, 1990-cı il təvəllüdlü Orxan Səmədov 2022-2025-ci illərdə isə DSMF-nın Mühasibat uçotu departamentinin müdir müavini vəzifəsində çalışıb.
 
3f98ea8c4af2da125360487ee86da82e tural
Tural Məmmədzadə 
 

Orxan Səmədov 

Paylaş: