tehran ela 900x675 1

ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff İranla dolayı yolla müzakirə aparmaq üçün Omanda planlanan görüşə qatılmaya bilər. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post”un məqaləsində qeyd olunur.

Nəşr yazır ki, əgər dəvət olarsa, Uitkoff görüş üçün birbaşa Tehrana da gedə bilər.

Həmçinin nəşrin tanınmış şərhçisi David İqnatiusun Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçirilən son görüşlə bağlı köşə yazısı da diqqəti cəlb edib. İqnatius Netanyahunun Oval kabinetdə Trampla söhbətini Ukrayna Prezidenti Volodimir Zelenski ilə müqayisə edib.

O, Netanyahunun Zelenski kimi Trampın fikirlərinə qarşı çıxmaq əvəzinə susmağı seçdiyini deyib.

Qeyd edək ki, aprelin 12-də Omanda ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Araqçının iştirakı ilə yüksək səviyyəli görüş gözlənilir. Danışıqlarda Omanın xarici işlər nazirinin də iştirak edəcəyi açıqlanıb.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: