dmn

Dominikan Respublikasında məşhur musiqiçi Rubbi Peres gecə klubunun damının uçması nəticəsində dünyasını dəyişib.

Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Mərkəzinin direktoru, general Xuan Manuel Mendez bildirib.

“Bu, doğrudur. “Təəssüf ki, onun meyiti səhər tezdən tapılıb”, – Mendez deyib.

***

Dominikan Respublikasının paytaxtı Santo Dominqoda “Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 124-ə çatıb.

Globalinfo.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Santo Dominqo Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendes açıqlama yayıb.

Qeyd olunur ki, 155 nəfər xəstəxanaya yerləşdirilib.

***

Dominikan Respublikasında “Jet Set” gecə klubunun damının uçması nəticəsində həlak olanların sayı 98 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli “Diario Libre” qəzeti yayıb.

Məlumata görə, hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

***

08:50

Dominikan Respublikasının paytaxtında Jet Set gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 79-a çatıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli “Diario libre” qəzeti Santo-Dominqo Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendesin sözlərinə istinadən məlumat yayıb.

Mendes bildirib ki, son saatlarda xilasedicilər sağ qalan insanlar aşkar etməyiblər. Qəzetin məlumatına görə, xəstəxanaya yerləşdirilənlərin sayı 150-ni keçib.

Daha əvvəl Karib ölkəsinin prezidenti Luis Abinader çərşənbə axşamı gecəsi baş vermiş faciə ilə əlaqədar üç günlük milli matəm elan edib.

Respublikanın paytaxtının müxtəlif yerlərində insanların qan verdiyi donor mərkəzləri açılıb.

Paylaş: