markk

“Rusiya ABŞ-a Ukraynadakı münaqişəyə son qoymaq istəyini nümayiş etdirməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.

O bildirib ki, hazırda Kreml prosesi gecikdirir.

“Vaşinqton və NATO münaqişənin sona çatması üçün səylər göstərir. Bunun bir hissəsi kimi ABŞ həqiqətən də heç bir səyini əsirgəmir. Bununla belə, top indi Rusiyanın meydanındadır. Düşünürəm ki, onlar kifayət qədər sürətli hərəkət etmirlər. Amerikalı həmsöhbətlərimdən də eyni sözləri eşidirəm ki, Moskva həqiqətən də bu müharibəni bitirmək üçün daha çox iş görməlidir”, – Rutte vurğulayıb.

Mark Rutte ABŞ-nın dövlət katibi Marko Rubio ilə danışdığını da əlavə edib:

“ABŞ administrasiyasının digər üzvləri ilə müntəzəm əlaqə saxlayıram. Düşünürəm ki, onlar müharibəni bitirməyə çalışırlar”.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: