muharibe 0

Rusiya-Ukrayna müharibəsində iki azərbaycanlı həlak olub.

Globalinfo.az bildirir ki, bu barədə Lent.az-a Moskvada yaşayan azərbaycanlı icma rəhbərlərindən biri məlumat verib.

Qeyd olunub ki, Rusiya ordusunun tərkibində döyüşən 38 yaşlı Səmədov Şair Zahid oğlu hazırda müharibənin davam etdiyi Kursk vilayətinin Daryino Sudjansky rayonunda həyatını itirib. Məlumata görə, mərhum ötən il dekabrın 5-də həlak olub və meyiti küçədə qalıb. Daryino Sudjanski rayonu Rusiya ordusu tərəfindən azad edildikdən sonra onun da meyiti tapılaraq, aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, mərhum Saatlı rayonu Əhmədbəyli kəndində doğulub, 2 uşaq atasıdır. Orta məktəbi bitirəndən sonra ailəsi ilə birgə Moskva vilayətinin İstra şəhərinə köçüb. Həmyerlimizin nəşi doğulduğu kənddə torpağa tapşırılacaq.

Həmçinin Şair Səmədovla yanaşı, Həsənov Ruslan Loğman oğlu da ötən ilin dekabrında Kursk vilayətində gedən döyüşlər zamanı həlak olub. Onun da meyiti mart ayında tapılaraq, Volkovski qəbiristanlığının Fəxri Vətəndaşlar Xiyabanında dəfn edilib.

Ruslan Həsənov Sverdlovsk vilayətinin Kamensk-Uralski şəhərində doğulub boya-başa çatıb. O, ölümündən sonra “Şücaət” ordeni ilə təltif edilib.

5177e63c 1830 43e4 98fc d9db59a7a939 1743848441b 0

Ruslan Həsənov

2c96325e bef6 4c47 8a2c 166f5906469d 1743843192b 2b 3

Şair Səmədovun ölüm sənədləri

16e16417 919a 42e1 b226 16fea6ebacda 1743843212b 4

b9

Şair Səmədovun döyüş zamanı fotoları

Paylaş: