1673204627 63bafe46a40eb63bafe46a40ec167319917463bafe46a40e863bafe46a40ea

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyasında iştirak etmək üçün yanvarın 8-də Türkiyə Respublikasının Antalya şəhərinə işgüzar səfərə gəlib.

Milli Məclisdən Globalinfo.az-a verilən məlumata görə, nümayəndə heyətini Antalya hava limanında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şamil Ayrım, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri APA-nın 13-cü Plenar Sessiyasında çıxış edəcək, həmçinin onun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

***18:12

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Antalya şəhərinə səfərə gedib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi tviterdə məlumat yayıb.

Bildirilib ki, S.Qafarova Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə təşkil edilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında iştirak edəcək.

1673204588 63bafe468ea6c63bafe468ea6d167319917463bafe468ea6863bafe468ea6a

 

Paylaş: