77043521 78d5 3b19 8ef6 55a13146e8f0 850

Suriyanın Latakiya əyalətində keçid hökumətinin təhlükəsizlik qüvvələrinin bir üzvü ölüb, ikisi yaralanıb. Onlar pusquya düşüblər.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Qeyd olunub ki, İctimai Təhlükəsizlik Departamentinin patrulu Əl-Haffa şəhəri yaxınlığında pusquya düşüb.

Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Hüms vilayətlərində Suriyanın yeni iqtidarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının silahlı qruplaşmaları arasında toqquşmalar baş verib. Ən şiddətli atışmalar Cəbələ şəhərində qeydə alınıb.

Paylaş: