XTLSCCBVL5PARBREXHG4Z7H3HQ

Londonun Vestminster rayonunda polis Fələstin bayrağı ilə Biq Ben qülləsinə çıxan fəalı həbs edib.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

Qeyd edək ki, həmin şəxs martın 8-i səhər saatlarında Vestminster sarayının Elizabet qülləsinə qalxıb.

“Sky News” nəşri xəbər verir ki, fövqəladə hallar xidmətinin əməkdaşları yanğınsöndürən liftdən fəalla danışıqlar aparıblar. Ancaq kişi yalnız öz şərtləri ilə enəcəyini söyləyib. Üstəlik, Fələstin tərəfdarı olan fəal xilasedicilər ona yaxınlaşsa daha da yüksəyə qalxacağını bildirib.

Fəal qüllədə üç gündən çox qalmağı planlaşdırdığını bildirib. Baş verənlərə görə Britaniya paytaxtının mərkəzindəki bütün Vindzor körpüsü piyadalar və nəqliyyat vasitələri üçün bağlanıb.

O, müəyyən müddətdən saxlanılıb və həbs olunub.

***

Londonda “Biq Ben” qülləsinə naməlum şəxs Fələstin bayrağını asıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qüllənin üzərinə dırmaşan şəxs ora Fələstin bayrağını asıb və “Fələstinə azadlıq” şüarları səsləndirib.

“Hazırda polis əməkdaşları hadisə yerindədir və insidenti təhlükəsizlik şəkildə həll etməyə çalışırlar. Onlara yanğınsöndürmə briqadası və London təcili yardım xidməti də kömək edir”, – məlumatda qeyd olunur.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: