AA 20250306 37260253 37260242 DISISLERI BAKANI FIDAN HIRVATISTAN DIS VE AVRUPA ISLERI BAKANI GRLICRADMAN ILE GORUSTU scaled
Ukrayna münaqişəsi ilə bağlı həll yollarında dəstəyimizi hər zaman ifadə etdik. Deməklə kifayətlənmədik, praktik addımlar da atdıq.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Türkiyənin mövqeyini ötən həftə Londonda baş tutan görüş zamanı müttəfiqlərlə də paylaşdığını bildirən Hakan Fidan Avropanın təhlükəsizliyi məsələsinə də toxunub.

“Avropanın təhlükəsizliyi məsələsini təkcə Ukrayna müharibəsi ilə bağlamaq olmaz. Avropada təhlükəsizliyin inşa edilməsi məsələsinə uzunmüddətli və strateji perspektivdən baxılmalıdır. Bu məsələ də yalnız Türkiyənin iştirakı ilə mümkündür”, – nazir qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: