Ərdoğan: “Ukrayna məsələsinin həlli üçün bunlar vacibdir” – YENİLƏNİB

 

Ərdoğan: "Ukrayna məsələsinin həlli üçün bunlar vacibdir" – YENİLƏNİB

Moskva və Kiyevin iştirakı olmadan Ukrayna məsələsinin həlli mümkün olmayacaq. 

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə birgə təşkil edilən iftar zamanı deyib.

Onun sözlərinə görə, Ankara ötən üç il ərzində “odun üstünə yağ tökmədən” bu məsələnin həllinə çalışıb.

“Biz Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü dəsstəkləməyə davam etsək də, hesab edirik ki, bu münaqişə Rusiya və Ukrayna olmadan həll olunmayacaq”, – Ərdoğan bildirib.

 

Aysel Əliyeva
Globalinfo.az