qeza turkiye

Türkiyədə insan tələfatı ilə nəticələnən avtobus qəzası baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, gecə saatlarında Diyarbəkir-İqdır reysi ilə hərəkət edən avtobusun sürücüsü idarəetməni itirib. Nəticədə avtobus çevrilib.

Hadisə nəticəsində biri uşaq olmaqla 5 sərnişin ölüb, 22 nəfər xəsarət alıb.

Avtobusunun sürücüləri saxlanılıb.

Paylaş: