5863097525912557f3061381569109 sirniyyat3

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, 43B ünvanında fiziki şəxs Behbudova Vüsalə Tahir qızına məxsus “VİP” şirniyyat istehsalı müəssisəsində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Globalinfo.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida təhlükəsizliyi tələblərinin ciddi şəkildə pozulduğu aşkarlanıb.

Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

17405781841317813965 1200x630 17405781845243614900 1200x630 17405781844138552043 1200x630 17405781845592326264 1200x630

Paylaş: