45 vəzifəli şəxs cərimələndi

45 vəzifəli şəxs cərimələndi

2024-cü ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti yoxlamalar zamanı 45 nəfər vəzifəli şəxsə 40,6 min manat məbləğində cərimə tətbiq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinə məlumat yayıb.

Həmin cərimələrin dövlət büdcəsinə ödənilməsinin təmin olunduğu bildirilir.

“Yoxlamalar zamanı nəzarət obyektlərində, yoxlama materialları hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilən nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə cərimələnib”, – nazirlik bəyan edib.