Ukraynada Çin və Braziliya sülhməramlı kontingentinin yerləşdirilməsi təklif edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Economist” nəşri məlumat yayıb.
Qeyd olunub ki, təklif ABŞ prezidenti Donald Trampın administrasiyasına aiddir:
“ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Münhen Təhlükəsizlik Konfransında rəsmilərlə söhbəti zamanı deyib ki, yalnız avropalılardan ibarət qüvvə Rusiyanın qarşısını ala bilməyəcək”.
Avropa İttifaqı liderləri bu məlumatdan sonra Parisdə təcili toplanıb. “Financial Times” bildirib ki, burada əsas müzakirə mövzusu Ukrayna cəbhəsinə Avropa kontingentinin yerləşdirilməsi olacaq.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyadan qorunmaq üçün 150 minlik kontingentə ehtiyac olduğunu açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az














