medvedev

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ölkəsinin Ukraynada apardığı hərbi əməliyyatların mühüm yekun mərhələsinə yaxınlaşdığını iddia edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

“Biz həqiqətən də xüsusi hərbi əməliyyatın başa çatması baxımından çox vacib bir mərhələyə keçid etmişik. Əminəm ki, müharibədə iştirak edən könüllülər də qələbəmizə öz töhfəsini verəcək”, – deyə Medvedev bildirib.

Onun sözlərinə görə, döyüş əməliyyatlarında iştirak qərarı risklərlə bağlı olduğundan asan qəbul edilmir. Medvedev könüllülərə özlərini qorumağı tövsiyə edib:

“Bizə qələbə lazımdır, amma bunun bədəli və qiyməti böyük olmamalıdır”, – deyə siyasətçi vurğulayıb

Əliyar Xəlil

Globalinfo.az

 

Paylaş: