tramp 2

Rusiya müharibəni davam etdirsə, bu, ABŞ üçün böyük problem olacaq.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Düşünürəm ki, Rusiya Prezidenti Vladimir Putin müharibəni dayandırmaq istəyir. Onların güclü və təsiredici silahları var. Rusiya Hitleri, Napoleonu məğlub edib. Uzunmüddətli döyüş təcrübələri mövcuddur. Amma Putin buna davam etmək istəsə, şəxsən mənim üçün də çətinliklər yaranacaq” – deyə o bildirib.

Tramp Rusiyanın NATO-ya təhlükə törətməsi ilə bağlı fikirlərlə də razılaşmayıb.

Qeyd edək ki, fevralın 14-də ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında Ukrayna nizamlanmasına dair görüş elan edib. Amerika lideri bildirib ki, burada Rusiya və Amerika tərəfdən “yüksək rütbəli məmurlar”, habelə Ukraynadan olan nümayəndələr iştirak edəcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: