Ermənistanda magistral yollar bağlandı – SƏBƏB

Ermənistanda magistral yollar bağlandı - SƏBƏB

Ermənistanda magistral yollar bağlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Məlumata görə, Amberd yüksək dağ meteoroloji stansiyasından Kari gölünə və Araqatsotn əyalətindəki Amberd qalasına gedən yollar bağlanıb.

Bildirilir ki, Vardenis (Basarkeçər – red) keçidindən isə yalnız qar zəncirlərindən istifadə edən yük maşınları keçə bilər.

Bundan başqa, Sünik (Zəngəzur – red.) rayonunun yüksək dağlıq ərazilərində və İrəvan-Sevan magistralında da buz örtükləri ilə bağlı hərəkətdə çətinlik yaranıb.

Zaira Akifqızı
Globalinfo.az