İranın İsrailə atdığı ballistik raketlərin bir qisminin görüntüsü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, raketlərin bəzilərinin İsrail ərazisi, bir neçəsinin isə qonşu dövlətlərin torpağına düşdüyü bildirilir.
Məlumata görə, İsraili hədəf alan raketlərinin çoxunun içi boş olub və partlamayıb. Onların əsasən düşdüyü yerə zərbə endirən, lakin ciddi zərər verməyən sursatlar olduğu iddi edilir.
Hətta görüntülərdən birində insanların raketi qaldıraraq onunla foto çəkirdiyi müşahidə olunur.
Sözügedən görüntüləri təqdim edirik:
Əliyar Xəlil
Globalinfo.az