1736271650 erdogan yeni

İslam dünyası Donald Trampın Qəzzada planını həyata keçirməsinə imkan verməyəcək.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İslam dünyası heç bir halda Trampın planını dəstəkləməyəcək. İslam Əməkdaşlıq Təşkilatı onun əleyhinə çıxış edəcək. Mən qatil Netanyahu ilə Trampın anlaşmasını bütün dünya üçün təhlükə olaraq görürəm. Qəzza fələstinlilərə məxsusdur, kimsənin də Qəzzanı onlardan almağa haqqı yoxdur. Bu planın ən qısa zamanda aradan qaldırılacağına ümid edirəm”, – deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, fevralın 4-də ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlar zamanı Qəzzaya uzunmüddətli sahiblik etmək məsələsi üzərində düşündüyünü demişdi.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: