Sabirabad rayon polis şöbəsinin məhbusları müvəqqəti saxlama məntəqəsində intihar hadisəsi baş verib.
Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri 4 dəfə (3 dəfə CM-nin 177-ci və 1 dəfə CM-nin 234-cü) məhkum olunan 1984-cü il təvəllüdlü Əli Hüseynov məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) maddəsi ilə təqsirli bilinərək 2 aylıq həbs cəzası olub.
O, özünü şalvarının lifindən hazırladığı iplə boğub.