Ərdoğan əş-Şaranın yanında bəyan etdi: “Şübhə etmirəm ki…”

Ərdoğan əş-Şaranın yanında bəyan etdi: “Şübhə etmirəm ki…”

“Suriyanın yenidən ayağa qalxacağına şübhəmiz yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara ilə görüşü zamanı deyib.

“Mübarizə əzmi ilə bölgəyə və məzlumlara ilham verən suriyalı qardaşlarımızın ölkələrini yenidən ayağa qaldıracaqlarına şübhəmiz yoxdur”, – deyə Ərdoğan bildirib.

Əliyar Xəlil
Globalinfo.az