air astana

Qazaxıstanın “Air Astana” aviaşirkətinin Daşkənd-Almatı reysi ilə uçan təyyarəsi güclü turbulentlik zonasına düşüb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu səbəbdən yeddi sərnişin müxtəlif yanıq və bədən xəsarətləri alıb. Onlara təyyarədə ilkin tibbi yardım göstərilib.

Ekipaj hadisə barədə hava limanının yerüstü xidmətlərinə məlumat verib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş: