gunesh

Fevral ayının ilk günü Günəşdə dörd partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Məlumatda bildirilib ki, günün ən güclü partlaması Bakı vaxtı ilə saat 18:04-də qeydə alınıb. Günəş ləkələri qrupunda rentgen diapazonunda 10 dəqiqə davam edən M5.1 alışması qeydə alınıb.

Bundan əlavə, daha üç partlayış baş verib: M1.4, M1.2 və M2.7.

Qeyd olunur ki, əsas aktivlik mənbəyi hazırda Günəşin şimal yarımkürəsində müşahidə olunan böyük günəş ləkələri qruplarıdır.

Paylaş: