1660035534 irevan

Xəbər verdiyimiz kimi, İrəvanın mərkəzində “Qarabağ” mahnısının ifadə edildiyi görüntülər Ermənistanda ciddi rezonans doğurub. 

Globalinfo.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti həmin şəxslərin İran vətəndaşları olduğunu açıqlayıb.

Məlumata görə, onlar Milad Ghahramaniafshar, Behzad Ghafari Shabanlou, Mehdi Məhəmmədi, Hamed Aziz Maleki və Nadir Qafari adlı şəxslərdir. Hər birinin Güney azərbaycanlı olduğu ehtimal edilir.

Onların 2024-cü ilin 30 dekabr tarixində Ermənistana getdiyi və 2025-ci il yanvarın 3-nə kimi orada qaldığı bildirilir.

IMG 7890 IMG 7888 IMG 7886 IMG 7891

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: