Belçika hava məkanını bağlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Brüssel hava limanının sosial media hesabında paylaşım edilib.
Hava məkanının bağlanmasına səbəb hava nəqliyyatı dispetçerində texniki nasazlığın yaranması olub.
“Texniki nasazlıq bu gün günorta saatlarında aşkarlanıb. Hava hərəkətinə nəzarət sistemi düzgün işləmir, hazırda Belçikanın hava məkanına nəzarət etmək mümkün deyil. Bunun nə qədər davam edəcəyi barədə hələ ki, heç bir fikrimiz yoxdur”, – deyə məlumatda qeyd edilir.
Əliyar Xəlil