
Ermənistanın ikinci prezidenti Robert Köçəryn haqqında geniş sənədli filmin təqdimatı yaxın vaxtlarda keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“İki hissədən ibarət olan “Robert Köçaryan: olduğu kimi” adlı film onun ailə tarixindən başlayaraq, keçdiyi siyasi yolu əhatə edir. Ekran işi nəsillər boyu uzanan ailə hekayəsini, həmçinin Ermənistanın ictimai-siyasi hadisələri ilə paralel inkişaf edən prosesləri əks etdirir.
Filmdə Bella Köçəryan və ailə üzvlərinin müsahibələri, ikinci prezidentin ofisinin rəhbəri Baqrat Mikoyan, vəkil Hayk Alumyan kimi şəxslərin fikirləri yer alıb. Bundan əlavə, Ermənistanın keçmiş təhlükəsizlik rəsmisi Artur Vanetsyan ilə Baş nazir Nikol Paşinyan arasında telefon danışığının səs yazısı da təqdim olunur.
Film 2008-ci ilin 1 mart hadisələrinə, eləcə də 2018-ci ildən sonra ölkədə baş verən siyasi dəyişikliklərə və Köçəryanla bağlı başlanmış hüquqi proseslərə də toxunur.
Sənədli filmdə Robert Köçəryan 44 günlük müharibə ilə bağlı fikirlərini də bölüşərək, “Bu müharibədə biz məğlub olmamalı idik”, – deyə bildirib.
Safura Bənnayeva
Globalinfo.az