thumbs b c 93640fd0705dbf4d87e96059617cda03

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa ölkəsinə 2000 funt-sterlinq (təxminən 907 kq) bomba tədarükünə qoyulan qadağanı aradan qaldırdığına görə təşəkkür edib.

Globalinfo.az xəbər verir ki, Netanyahunun bu barədə bəyanatı baş nazirlik tərəfindən yayılıb.

Onun sözlərinə görə, bu, ölkəsinə özünümüdafiə üçün lazımdır:

“Prezident Tramp, İsrailə özünü müdafiə etmək, ümumi düşmənlərimizlə mübarizə aparmaq və sülh və firavanlıq gələcəyini təmin etmək üçün lazım olan alətləri vermək vədini yerinə yetirdiyiniz üçün təşəkkür edirəm”.

 

Bundan əvvəl İsrailin xarici işlər naziri Gideon Saar Trampa bu qərarına görə təşəkkür edib:

“İsrailin özünü müdafiə etmək üçün lazım olan şeylərə sahib olduğu zaman Yaxın Şərq daha təhlükəsiz olur”.

Paylaş: