Ermənistanın keçmiş müdafiə Arşak Karapetyan naziri yeni siyasi qüvvənin yaradıldığını elan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Ümumerməni Cəbhəsi” Hərəkatı yeni bir qüvvənin – Birləşmiş Ermənistan Komitəsinin yaradıldığını elan edir. Xalqımızı milli təhlükəsizliyin təmin edilməsi və erməni dövlətçiliyinin qorunub saxlanılması ideyası ətrafında birləşdirməyin vaxtı çatıb. Ermənistan əvvəlki hakimiyyətini bərpa etməlidir, müttəfiq və dost ölkələrlə hərbi-siyasi əlaqələrini gücləndirməlidir. Yeni qüvvə “Millət-Ordu-Kilsə” üçlüyünə əsaslanacaq”, – deyə Karapetyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az