“Biz ikili standartları qəbul etmirik”.
Globalinfo.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
O, birqütblü dünya və ikili standartlar dövrünün başa çatdığını bəyan edib.
“İkili standartlar arxada qaldı. Livanda, Suriyada, Qəzza zolağında baş verənləri gördük. Bu, heç bir çərçivəyə sığmır. Böyük və kiçik ölkələr arasında heç bir fərq olmamalıdır, insan hüquqları hamı üçün eynidir. Bəzi ölkələr sərhədlərdə süni çətinliklər yaradırlar və bu, böyük maneədir. Biz regional oyunçularla yaxşı münasibətlər qura və maneələri aradan qaldıra bilərik. Bu, xüsusilə Yaxın Şərq üçün vacibdir”, – deyə Pezeşkian vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az