pezeskian putin

Rusiya və İran Prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında görüş başlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, dövlət başçıları arasında məhdud tərkibdə görüş Kremldə keçirilir.

Görüşün protokol hissəsində çıxış edən Putin bildirib ki, İran Prezidentinin Rusiyaya bugünki səfəri xüsusi həmiyyət daşıyır.

“Əmədkaşlığəmızın bütün istiqamətlərini müzakirə etmək üçün imkan olacaq. Biz Hərtərəfli Strateji Tərəfdaşlıq Haqqında Müqavilə imzalayacağıq. Çoxdandır ki, bu sənədin üzərində işləyirdik. Çox şadam ki, bunu bitirdik. Əminəm ki, bu sənəd bizim ticarət-iqtisadi münasibətlərimizə müsbət təsir edəcək”.

Rusiya prezidenti İranla atom enerjisi sahəsində əməkdaşlığı davam etdirəcəklərini söyləyib.

***13:00

Moskvada səfərdə olan İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə Yaxın Şərq və dünyada baş verən bir sıra hadisələri müzakirə etmək niyyətindədir. 

Globalinfo.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Liderlərin Suriya, Qəzza zolağı və Cənubi Qafqazda gedən prosesləri dəyərləndirəcəyi bildirilib.

Qeyd edək ki, bu gün Rusiya və İran arasında 47 maddə və bir müqəddimədən ibarət strateji tərəfdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulub.

***

İran Prezidenti Məsud Pezeşkian Rusiyaya səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Pezeşkian Moskvada Rusiya Prezidenti Vladimir Putinlə müzakirə aparacaq.

Liderlərin strateji tərəfdaşlıq müqaviləsi imzalayacağı bildirilib.

Paylaş: