b4afd803 2400 3eb3 9991 91c0ed8554d8 850

Donetsk vilayətində Ukrayna ordusu tərəfində vuruşan azərbaycanlı hərbçi yaralanıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, Təyyar Əli oğlu Bəşirzadə Donetsk vilayətinin Pokrovsk şəhəri ətrafında güllə yarası alıb.

Hazırda vəziyyəti orta-ağır olan azərbaycanlı Ukrayna şəhərlərinin birində xəstəxanaya yerləşdirilib.

Əslən Bərdə rayonundan olan T.Bəşirzadə uzun illərdir Ukraynanın Ternopıl şəhərində yaşayır, müharibəyə qədər bu ölkədə idman sahəsində fərqlənən azərbaycanlılardan olub.

Paylaş: