“Qətər və Misir başda olmaqla vasitəçi ölkələrə göstərdikləri səylərə görə təşəkkür edirik”.
Globalinfo.az xəbər verir ki, bu fikirlər Qəzzada atəşkəsin əldə olunmasına münasibət bildirən Türkiyə XİN-in bəyanatında öz əksini tapıb.
Bəyanatda bildirilir ki, atəşkəs daimi xarakterli olmalıdır və Qəzzada çarəsiz qalan insanlara yardımlar çatdırılmasına şərait yaradılmalıdır.
Türkiyə Xarici İşlər Nazirliyi paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması məsələsinə də diqqət çəkir. Bu prosesə başlamağın vacibliyini vurğulayır və Fələstin xalqına dəstəyini davam etdirəcəyini bəyan edir.
Müşviq Tofiqoğlu
Globalinfo.az














