Ordular hazır vəziyyətə gətirilir – İsrail-İran savaşı başlayır

İran və Hizbullah İsrailə qarşı genişmiqyaslı hücum planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı İsrail mətbuatı yayıb.

Bildirilir ki, artıq ABŞ da bununla bağlı Təl-Əvivi xəbərdar edib.

Mətbuat Hizbullahın İrandan İsrailə hücuma başlamaqla bağlı tapşırıq aldığını yazıb.

İsrail Baş naziri Benyamin Netanyahu müxalifətin lideri Yair Lapidi iqamətgahına dəvət edərək, ona ölkənin təhükəsizliyi ilə bağlı son prosesləri çatdırıb.

Qeyd edək ki, bundan öncə İsrail ərazisi HƏMAS-ın Livandakı bazaları tərəfindən atəşə məruz qoyulub. Bunun ardınca İsrail cavab tədbirlərinə başlayıb və nəticədə HƏMAS-ın əsas dayaq nöqtəsi sayılan Qəzzaya zərbələr endirib. Daha sonra İsraildə bir sıra teraktlar baş verib. Üstəlik, Hizbullah və İran Təl-Əvivin addımlarına sərt reaksiya göstərib. İsrail müdafiə naziri isə ehtiyatda olan hərbçiləri yenidən orduya çağırıb.

İlkin Həsənov
Globalinfo.az