“Ermənistanın gündəliyində Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq məsələsi yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə açıqlamasında deyib.
Papoyan bildirib ki, həmçinin Avropa İttifaqı (Aİ) ilə münasibətlər də Ermənistan üçün vacibdir:
“Aİ ilə münasibətlər çərçivəsində bir çox işlər görülüb, bu ittifaqqa üzvlük paralel gündəmdədir. İrəvan üçün hansı birliyə üzv olması önəmıli deyil. Harada olursa-olaq, əsas məsələ iqtisadi rəqabətliliyi artırmaqdır. Yəni Aİİ-ni heç bir təşkilatıa əvəz etməyi düşünmürük. Sadəcə bir qurumdan asılı olmaq yox, müstəqil qalmaq istəyirik”.
Qeyd edək ki, Ermənistan hökuməti yanvarın 9-da ölkənin Avropa İttifaqına üzvlük prosesinə başlanması təşəbbüsünü dəstəkləyib. Bundan sonra Rusiya Ermənistanın seçim etməli olduğunu bildirib.
Əliyar Xəlil
Globalinfo.az