rubinyan serdar

Ermənistan-Türkiyə münasibətlərinin hazırkı mərhələsində müəyyən problemlər var.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç deyib.

“Region ölkələri problemlərini öz təşəbbüsləri ilə həll etməli və məsuliyyəti üzərlərinə götürməlidirlər. Hazırda biz Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyanla bunu etməyə çalışırıq”, – o bildirib.

S.Kılıçın sözlərinə görə, qarşılıqlı anlayış və uzunmüddətli maraqlar nəzərə alınarsa, Azərbaycanla Ermənistan arasındakı problemlərin öhdəsindən gəlmək mümkün olacaq:

“Bir prosesdə müsbət addım digər prosesə pozitiv təsir edir və eynilə də neqativ inkişaf digərinə mənfi təsir göstərir”.

O, Ermənistanda əhalinin yaşayış səviyyəsinin artmasının Ankara-İrəvan münasibətlərinin normallaşmasından keçdiyini bildirib.

Gülnar Səlimova
Globalinfo.az

Paylaş: