Rusiyanın paytaxtı Moskvadan İrəvana uçan “Aeroflot” şirkətinə məxsus sərnişin təyyarəsi Mahaçqalada məcburi eniş edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya Ermənistan Mülki Aviasiya Komitəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, yanacağının bitməsi səbəbindən Mahaçqalada məcburi eniş edən “Aeroflot” təyyarəsi bir müddət sonra yenidən İrəvana uçub.
Aviaşirkət hələ ki heç bir açıqlama verməyib.