1044763

Yəmənin Əl-Beyda əyalətində qazdoldurma stansiyasında baş vermiş partlayışda ölənlərin sayı 15 nəfərə çatıb, azı 67 nəfər xəsarət alıb.

Bu barədə SABA agentliyi məlumat yayıb.

“40 nəfərin vəziyyəti ağırdır. İtkin düşənlərin axtarışları davam edir”, – məlumatda bildirilib.

***

Yəmənin Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Partlayış nəticəsində azı 10 nəfər ölüb, 70-i yaralanıb.

Hadisənin səbəbləri açıqlanmayıb.

Paylaş: