Pakistanda törədilən partlayış nəticəsində azı 5 nəfər ölüb, 32 nəfər yaralanıb.
Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, yaralılardan 5-nin vəziyyəti ağırdır.
Hadisə Pakistanın Bəlucistan əyalətinin Turbat şəhərində baş verib.
Polis və təhlükəsizlik qurumları partlayışla bağlı araşdırma başladıb.