Xırdalanda qadın özünü zəhərləyərək intihar etdi

Xırdalanda qadın özünü zəhərləyərək intihar etdi

Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Xırdalan şəhəri M.İbrahimov küçəsində yaşayan 1959-cu il təvəllüdlü Nüşabə Əhmədova özünü yaşadığı mənzildə zəhərləyib.

O, sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb, lakin tibbi müdaxiləyə baxmayaraq vəfat edib.

Hadisə ilə bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Malik
Globalinfo.az