Çeçenistanda təyyarə qəzası ilə bağlı matəm elan olundu

Çeçenistanda təyyarə qəzası ilə bağlı matəm elan olundu

Çeçenistanda dekabrın 28-də Aktauda baş verən təyyarə qəzası ilə bağlı matəm elan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov sərəncam imzalayıb.

“2024-cü il dekabrın 25-də Aktau şəhəri yaxınlığında Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” təyyarəsinin aviasiya qəzası ilə əlaqədar həlak olanlara kədərləndiyimi, onların ailələrinə və yaxınlarına başsağlığı verdiyimi bildirmək qərarına gəldim. Ona görə də, Dekabrın 28-də Çeçenistan Respublikası ərazisində matəm elan edilib”, – deyə sərəncamda bildirilir.

Sərəncama əsasən, dövlət bayraqları yarıya qədər endirilir. Mədəniyyət təşkilatlarına, televiziya və radio şirkətlərinə matəm günü əyləncə tədbirlərini və verilişləri ləğv etmək tövsiyə olunur.

Müşviq Tofiqoğlu
Globalinfo.az