resize 1

İsrail Hərbi Hava Qüvvələri Yəmənin paytaxtındakı beynəlxalq hava limanına hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Yəmənin “Braranpress” nəşri məlumat yayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Yəmənin husilərin nəzarətində olan Səna Beynəlxalq Hava Limanına zərbələr endirib.

Həmçinin ABŞ və İsrail döyüş təyyarələri Yəmənin müxtəlif bölgələrini də hədəfə alıb.

Xatırladaq ki, israil ölkəyə Yəməndən hücmların artdığını əsas gətirərək husilərinin liderlərini vurmağa başlayacağı ilə hədələmişdi.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: