Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer” E190 tipli təyyarənin qalıqlarının sökülməsinə başlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, qalıqların sökülməsi üçün 306 canlı qüvvə və 101 texnika səfərbər edilib. Həlak olan 38 nəfərin cəsədi çıxarılıb və tibbi ekspertizaya göndərilib.
Qəza sahəsi ümumilikdə 4200 kvadrat metri əhatə edib. Əraziyə gecə-gündüz xüsusi nəzarət həyata keçirilir.
Ayşən Mustafa
Globalinfo.az