Putin liderlərin yanında təyyarə qəzasından danışdı

Putin liderlərin yanında təyyarə qəzasından danışdı

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzasında həlak olanların yaxınlarına başsağlığı verib. 

Globalinfo.az bildirir ki, Sankt-Peterburqda MDB dövlət başçıları ilə keçirdiyi görüşün açılış nitqində təyyarə qəzasından danışıb.

“Bu gün Aktauda faciə baş verib, çox sayda ölən və yaralanan var. Buradakı liderlərin adına həlak olanların ailələrinə başsağlığı vermək istəyirəm”, – Rusiya prezidenti deyib.

Qeyd edək ki, dekabrın 25-də MDB liderlərinin sammitində iştirak üçün Sankt-Peterburqa yola düşən Azərbaycan Prezidenti İlham Əliyevə hava məkanında olarkən qəza xəbəri məruzə edilib. Dövlət Başçısı dərhal geri qayıtmağı tapşırıb və Vladimir Putinlə telefonda əlaqə saxlayaraq sammitə qatıla bilməcəyini söyləyib.

Əliyar Xəlil
Globalinfo.az