675f91b3907eb675f91b3907ec1734316467675f91b3907e9675f91b3907ea

Amerika tərəfi ABŞ-dan olan yüksək rütbəli nümayəndə heyətinin Suriyada hakimiyyətə gələn silahlı qrupların lideri Əbu Məhəmməd əl-Culani ilə görüşünü faydalı hesab edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Watan” nəşri Amerika mənbəsinə istinadən məlumat yayıb.

“ABŞ nümayəndə heyətinin Heyət Təhrir əş-Şam lideri ilə görüşü yaxşı və faydalı olub”, – deyə məlumatda bildirilib.

Xatırladaq ki, ABŞ-ın yüksək rütbəli nümayəndə heyəti Dəməşqdə Əbu Məhəmməd əl-Culani ilə görüş keçirib. Görüşdə tərəflər Suriyaya qarşı tətbiq edilən sanksiyaların götürülməsi, həmçinin “Həyat Təhrir əş-Şam” qruplaşmasının terror təşkilatları siyahısından çıxarılması məsələsini müzakirə ediblər.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

 

Paylaş: