Gələn ilin büdcə layihələri III oxunuşda qəbul edildi

Gələn ilin büdcə layihələri III oxunuşda qəbul edildi

İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə gəlir və xərcləri 260 700 000,0 manat məbləğində proqnozlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə xərclərinin maliyyələşmə mənbəyi aşağıdakılardır:

– İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri – 206 400 000,0 manat;

– İşsizlikdən sığorta fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən – 54 300 000,0 manat.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

X X X

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri 7 676 420 000,0 manat məbləğində proqnozlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu, 2024-cü illə müqayisədə 726 560 000 manat, yaxud 10,45 faizdən çoxdur.

Layihəyə əsasən, gələn il DSMF-nin xərclərinin maliyyələşmə mənbəyi aşağıdakılardır:

-Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsinin gəlirləri – 7 617 400 000,0 manat;

-Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən – 59 020 000,0 manat.

Fondun 2025-ci il üçün məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərinin həcminin 5997,40 mln. manat və ya gəlirlərin 78,73 faizi qədər təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2024-cü ilin təsdiqlənmiş proqnoz məbləği göstəricisi ilə müqayisədə 519,26 mln. manat və ya 9,48 faiz çoxdur.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

X X X

Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.

Globalinfo.az xəbər verir ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir.

Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.